Logo

Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə

15.06.2021 16:39 427 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu elektron formada aparılır. İyunun 1-dən başlanmış ərizə qəbulu iyunun 17-dək davam edəcək. Ərizələri MDU-nun Bakı Filialının https://msu.az saytında və ya Dövlət İmtahan Mərkəzinin http://dim.gov.az saytında vermək olar.

 

 MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, iyunun 19-da saat 9:30-da “Zoom” platforması üzərindən təşkilati toplantı keçiriləcək.

 

Magistraturaya qəbul olmaq istəyənlər üçün iyunun 19-da “Zoom” platforması üzərindən konsultasiya keçiriləcək. İxtisaslar üzrə (filologiya, riyaziyyat, kimya, psixologiya, fizika) konsultasiyalar saat 11:00-da keçiriləcək. İqtisadiyyat fakültəsində bir gündə iki konsultasiya təşkil ediləcək: ixtisas üzrə (menecment) konsultasiya saat 11:00-da, ingilis dili üzrə saat 13:00-da keçiriləcək. Magistraturaya ərizə vermiş bütün bakalavrların qeydiyyat zamanı göstərdikləri e-mail ünvanlarına təşkilati toplantıdan və konsultasiyalardan bir gün əvvəl “Zoom” sisteminə giriş üçün məktub göndəriləcək.

 

İmtahanlar iyunun 21-də keçiriləcək.

 

İxtisaslar üzrə (filologiya, riyaziyyat, kimya, psixologiya, fizika) imtahanlar saat 10:00-da başlanacaq.

 

İqtisadiyyat fakültəsində bir gündə iki imtahan keçiriləcək: ixtisas üzrə (menecment) imtahan saat 10:00-da, ingilis dili üzrə imtahan saat 13:00-da başlanacaq.

 

İmtahan günü saat 09:00-da universitetdə olmaq lazımdır.

 

Avtobuslar Elmlər Akademiyası parkından (Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyası) saat 8:00-dan 8:30-dək çıxacaq.

 

İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

1.Şəxsiyyəti təsdiq edən sənəd;

 

2.Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda);

 

3.“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir).

 

Buraxılış vərəqəsini və “Sağlamlıq haqqında bəyannamə”ni MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş keçidə daxil olaraq çap etmək mümkündür.

 

Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq [email protected] ünvanına göndərməlidirlər.

 

Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür.

 

Telefon: (012) 409 33 71

 

E-mail: [email protected]

 

 

Xəbər lenti