Logo

“Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

15.06.2021 17:19 446 baxış
IMG

"Odlar Yurdu" Universitetində Vətən Müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı şəhər məktəbliləri arasında Odlar Yurdu Universiteti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti, Gəncliyə Yardım Fondu, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və  Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. 

       

Tədbirdə qazilər, şəhid ailələrinin üzvləri, şəhid övladları, Türkiyə Respublikasının səfirliyi, Müdafiə Nazirliyi, icra hakimiyyəti rəsmiləri, rektorlar, xalq və əməkdar artistlər və KİV nümayəndələri iştirak etmişlər.

 

Yazı müsabiqəsində Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdləri iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmalı və seçilən qəhrəman Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır. Müsabiqə üçün 428 yazı təqdim edilib, ilk mərhələdə hər fərdin bir işi nəzərə alındıqda yekun yazı sayı 350 olub. İlk mərhələdəki qiymətləndirmədən 350 yazı arasından 50 yazı seçilib və tanınmış filoloq və ədəbiyyatçılardan ibarət olan münsiflər heyəti tərəfindən 20 yazı qalib olaraq qiymətləndirilib. Müsabiəqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmiş olaraq qiymətləndirilib. Müsabiqədə paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağı mükafatçılar sırasına düşmüşdür.
         

Qeyd edək ki, müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.
Tədbirdə şəhid  general,  Milli Qəhrəman  Polad Həşimovun anası Səmayə xanım, Murov qartalı şəhidi  polkovnik Raquf Orucovun həyat yoldaşı  fəxri qonaq qismində iştirak etmişlər. Tədbirin sonunda onlar şəhid övladlarına təşkilatçılar tərəfindən hazırlanmış hədiyyələri təqdim etmişlər. 
             

Qeyd edək ki, müsabiqədə yer tutan iştirakçılara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Xəbər lenti