Logo

Alimlər Alp dağlarına qarın qırmızı rəngdə yağmasının səbəbini açıqladı

16.06.2021 09:19 94 baxış
IMG

Alp dağlarında yağan qırmızı qar alimlərin narahatlığına səbəb olub.


Tehsil.biz "Sözcü"yə istinadla xəbər verir ki, bu barədə Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin alimi Erik Mareçal açıqlama verib. O bildirib ki, qırmızı qarın yağmasının əsas səbəblərindən biri qlobal istiləşmədir. Belə ki, havaların kəskin istiləşməsi nəticəsində qarın tərkibindəki təkhüceyrəli canlılar istidən qorunmaq üçün özlərinə qalxan əmələ gətirirlər.


Qış aylarında təkhüceyrəli canlıların yaşıl və görünməz olduğunu deyən alim "may ayından etibarən istilərin artması nəticəsində təkhüceyrəli canlılar qırmızı rəngli molekullarla özlərinə qoruyucu qalxan əmələ gətirir, bunu bir növ günəş kreminə bənzədə bilərik ”-deyə bildirib.

Xəbər lenti