Logo

Qaxda 17 yaşlı məzun ağır qəza törədib

16.06.2021 09:58 831 baxış
IMG

Qax rayonunda ağır yol qəzası baş verib.

 

Tehsil.biz "Report"un Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı mikroavtobusla toqquşub.

 

İlkin məlumata görə, qəza nəticəsində "Daewoo"nun sürücüsü C.Cəfərov ölüb, habelə daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Qeyd edək ki, sürücü də daxil olmaqla, "Daewoo"dakı sərnişinlərin üçü də məzundur.

 

Fakt araşdırılır.

 

https://youtu.be/3tGevRCwrm4

Xəbər lenti