Logo

“Səriştə əsaslı tədris və təlimin təşkili"

16.06.2021 12:37 573 baxış
IMG

ADPU, Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində  Təlim –tədris mərkəzi “Səriştə əsaslı tədris və təlimin təşkili ” təliminə qəbul elan edilir. 
Təlimin məqsədi təhsilalanları səriştə əsaslı tədris və təlim, tədrisin təşkili və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumatlandırmaqdır.


Təlimin sonunda təhsilalanlar tədris prosesinin effektiv idarə olunması və qiymətləndirmə üzrə tələb olunan bilik və bacarıqları əldə edəcəklər.
Təlim aşağıdakıları əhatə edir:
Səriştə əsaslı tədris və təlim
Tədrisin məzmunu və təşkili
Qiymətləndirmə prosesinin təşkili
Beynəlxalq təcrübə
Təlimçi: Kərimova Aynur (Səriştə əsaslı Təhsil Standartları və Qiymətləndirmənin hazırlanması üzrə Ekspert ) Otto-von-Guericke Universitetinin məzunu (Magdeburq, Almaniya)

 

Təlim subbakalavr , bakalavr və magistratura səviyyələrində dərs deyən müəllimlər üçün nəzərdə tutulmuşdur.


Son qeydiyyat 10 iyul 2021 –ci il tarixinədəkdir.
Təlimin 15-20 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.  


20 saatlıq onlayn təlim ZOOM proqramı vasitəsilə ödənişli əsaslarla təşkil olunur. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.


Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSchJWNwiQ9hpn7SeY6dwOfIqdoSMELPBeOkIS7hpMDJvutlNA/viewform?usp=sf_link


Əlavə məlumat üçün WhatsApp: (+99455) 855-35-14

Xəbər lenti