Logo

“Məktəblinin dostu” layihəsi çərçivəsində maarifləndirici təlim keçirilib

16.06.2021 12:41 427 baxış
IMG

Təlim “Məktəblinin dostu” layihəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tehsil.biz xəbər verir ki, görüşdə Bakı şəhər 166 nömrəli tam orta məktəbin müəllim heyəti, 5-ci sinif şagirdləri, valideynlər, Sosial Xidmətlər Agentliyin Sosial Müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva və agentliyin “Qayğı Qaynar xətti”nin sosial işçisi Şahin İsmayılov iştirak edib.

 

Təlimdə məktəblilərə “Sosial iş nədir?”, “Sosial xidmətin forma və növləri”, “Sosial işçinin çalışdığı qruplar”, “Sosial xidmət müəssisələri”, “Ahıllarla sosial işin xüsusiyyətləri”, “Uşaqlarla sosial iş”, “Uşaq hüquqlarının qorunması” mövzularında geniş məlumatlar verilib. Tədbirin davamında şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Xəbər lenti