Logo

Xəzər Universitetində “Əsgərə sovqat” aksiyası davam edir

20.10.2020 12:09 456 baxış
IMG

Xəzər Universitetində “Əsgərə sovqat” - orduya və yaralı əsgərlərə humanitar yardım aksiyası davam edir.

 

Universitetdən bildirilib ki, aksiyada bu ali təhsil müəssisəsinin məzunları və Türkiyədə təhsil almış bir qrup azərbaycanlı fəal iştirak edir.

 

Aksiya çərçivəsində 560 əsgərə sovqat göndərilib. Tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Sumqayıt “Dünya” məktəbinin şagirdləri tərəfindən “Əsgərə məktub” adı altında məktublar da yazılıb.

Xəbər lenti