Logo

ADNSU-nun rektoru Türkiyənin Karabük universitetində olub

16.06.2021 13:53 84 baxış
IMG

İyunun 14-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı və universitetin bir neçə əməkdaşı Türkiyənin Karabük Universitetind olublar. Karabük universitetinın rektoru, professor Refik Polat qonaqları qarışlayaraq bu səfərdən məmnun olduğunu bildirib.

 

Tehsil.biz xəbər verir ki, görüş zamanı rektorlar iki universitet arasındakı əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Tədbirdə ADNSU və Karabük Universiteti arasında müştərək elmi layihələrin icrası, təhsildə mübadilə və qabaqcıl təcrübənin paylaşılması, o cümlədən ortaq araşdırma layihələri, ortaq təhsil prosesinin qurulması və bu istiqamətdə digər mühüm məsələlər haqqında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın daha da inkişafı ilə bağlı qərar qəbul olunub, iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Səfər çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı Karabük Universitetinin “Polad Çuqun” Tədqiqat İnstitutunda elmi məruzə ilə çıxış edib, ADNSU-nun nümayəndə heyəti Karabük Universitetinin laboratoriyaları və tədqiqat mərkəzi ilə tanış olublar.

Xəbər lenti