Logo

Peşə təhsil müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir

16.06.2021 15:25 406 baxış
IMG

Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla davam edir.

      

8 iyun 2021-ci il tarixinədək ümumi heyətin 73.5 faizi birinci doza, 62,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər.  Bakı üzrə bu göstəricilər 67,3 faiz, Sumqayıt üzrə 77,6 faiz, Abşeron rayonu üzrə 88,6 faiz, regionlar üzrə isə 76,1 faiz təşkil edir.

      

Martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaqdır.

      

Təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.

Xəbər lenti