Logo

Orta məktub məzunları Aqrar universitetdə olublar

16.06.2021 16:13 131 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində(ADAU) ali təhsil almaq istəyən Göygöl rayonunun bir qrup orta məktəb məzunu tədris korpusları ilə tanış olmaq üçün universitetdə olublar.


Məzunlar universitetin baytarlıq təbabəti, aqronomluq, mühəndislik, torpaqşünaslıq və aqrokimya fakültələrinin tədris korpusları və tələbə evlərində yaradılmış şəraitlə tanış edilib.


Tədris korpuslarında professor-müəllim heyəti məzunları qarşılayaraq, dövlətin həyata keçirdiyi aqrar siyasət və eyni zamanda universitet rəhbərliyinin bu istiqamətdə apardığı işlər haqqında ətraflı məlumat veriblər.

Xəbər lenti