Logo

Xüsusi qabiliyyət imtahanları başlayıb

16.06.2021 16:34 189 baxış
IMG

İmtahanlar əvvəlcə Məşqçilik (61) və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62), komissiyaları üzrə, 21 iyundan isə Dizayn (14) və Dekorativ tətrbiqi sənət(15) komissiyaları üzrə keçiriləcəkdir.

 

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin çap edilməsi və imtahan tarixləri yaxın günlərdə elan olunacaq.

 

Qabiliyyət imtahanlarında iştirak üçün birinci sənəd qəbulunda 14215 abituriyent qeydiyyatdan keçib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlər (14, 15, 61 və 62-ci komissiyalar üzrə) öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib orada qeyd olunan vaxtda imtahanda iştirak etməlidirlər.

 

İmtahana maska ilə gəlmək və sosial məsafəni gözləmək lazımdır.

 

Abituriyentlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

 

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün ikinci qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. Qabiliyyət imtahanlarına ikinci qeydiyyat müddətində aşağıdakı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:

 

- qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;

 

- subbakalavrlar;

 

- II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

 

- qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.

 

2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

Xəbər lenti