Logo

AzTU-nun məzunu, şəhid Elçin Həsənlinin doğum günüdür

16.06.2021 19:00 99 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Elçin Həsənli 1993-cü ilin bu günü Ağstafa rayonunda anadan olub. O, 2010–2014-cü illərdə AzTU-da bakalavr, 2015–2017-ci illərdə magistratura səviyyəsi üzrə təhsil alıb.

 

2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Elçin Həsənli noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub və Xırdalan şəhərində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Allah bütün şəhidlərimiziə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Xəbər lenti