Logo

BDU tələbələri “Tələbə baharı” tələbə-yaradıcılıq festivalının qalibi olub

17.06.2021 09:24 400 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2007-cı ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirdiyi “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalında qalib olublar.

 

Bu il təşkil edilən “Tələbə baharı” XV Ümumrespublika tələbə yaradıcılıq festivalı 2021-ci ilin “Nizami Gəncəvi ili”nə həsr olunub.

 

Festivalın seçimlərində 15 ali təhsil müəssisəsindən 100 nəfər tələbə iştirak edib. BDU tələbələrinin rəqs ansamblı müsabiqədə milli rəqslər nominasiyası üzrə I, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Firudun Yusifov və Sosial elmlər və psixologiya fakültəsinin II kurs magistrı Püstə Şükürova milli rəqslər (duet) nominasiyası üzrə I, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbəsi Səbinə Cəfərova bəstəkar mahnılarının ifası nominasiya üzrə isə III yerə layiq görülüb.

 

Finala çıxmış qaliblərin iştirakı ilə  Nizami Gəncəvinin “Xəmsə” poeması əsasında ayrı-ayrı məkanlarda çəkilişlərin aparılması şərti ilə musiqili tamaşa hazırlanaraq onlayn formatda yayımlanacaqdır.

Xəbər lenti