Logo

AzMİU Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə Anlaşma Memorandumu imzalayacaq

17.06.2021 11:05 102 baxış
IMG

Türkiyənin Eskişehir Osmanqazi Universitetinin (EOGU) Uluslararası ilişkiler koordinatoru Mahmut Sami İşlek Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Türkiyəli qonaq AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüb. 

           

AzMİU-dan Tehsil.biz-ə bildirilib ki, görüşdə universitetlər arasında Anlaşma memorandumunun və memarlıq və iqtisadiyyat sahələrində tələbə mübadiləsini dəstəkləyən Erasmus+ protokolunun EOGU rektoru tərəfindən imzalanmış nüsxələri bizim imzalamağımız üçün təqdim olunub. Qarşılıqlı olaraq universitetlərin təqdimatından sonra Avropa Birliyinin qrant layihələrində birgə iştirak, tələbə-müəllim və tədqiqatçı mübadilələri, müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının hazırlanması məsələləri müzakirə edilib.
           

Məlumat üçün qeyd edək ki, 2013-cü ildə AzMİU ilə EOGU arasında  Mövlanə Mübadilə protokolu imzalanıb. Müqavilə çərçivəsində AzMİU-nun 1 tələbəsi 2015-2016-cı tədris ilinin payız semestrində EOGU-da təhsil alıb. Sözügedən universitetlə birgə AB-nin Erasmus+KA2 proqramında “Beynəlxalq memarlıq körpüsü” adlı layihə üzərində işlənilib. 2021-2022-ci tədris ilində tələbələrin öz hesabına olmaqla  EOGU-ya 1 və ya 2 semestr təhsil almağa göndərilməsi nəzərdə tutulub. EOGU ilə Anlaşma Memorandumu və Erasmus+ KA1 mübadilə protokolu imzalanması üçün aparılan danışıqlar uğurlu alınıb,  müraciətimizə YÖK də müsbət cavab verib.

Xəbər lenti