Logo

"Yay məktəbi" ilə bağlı mediatur təşkil olunub

17.06.2021 11:15 407 baxış
IMG

İyunun 17-da "Yay məktəbi'nin təşkili ilə bağlı mediatur təşkil olunub.

 

Tehsil.biz xəbər verir ki, Bakı şəhər 32 nömrəli tam orta məktəbdə təşkil olunmuş mediaturda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

 

Mediaturun məqsədi media nümayəndələrini ilk dəfə təşkil olunan "Yay məktəbi"nin fəaliyyəti ilə bağlı görülən işlərlə daha yaxından tanış etməkdən ibarətdir.

 

BŞTİ-nin müdin Mehriban Vəliyeva "Yay məktəbi"nin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. M.Vəliyeva BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"nin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İdarə müdiri bildirib ki, ümumi təhsil müəssisələrində təşkil olunan "Yay məktəbləri"ndə iştirak etmək istəyən şagirdlər 30 iyun tarixinadək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.

 

Media təmsilçiləri "Yay məktəbi"ndə təşkil olunan dərslərin gedişini izləyib, bu prosesla bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi. öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

 

"Yay maktabi"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirler. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

 

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin təşkili ilə əlaqədar olaraq #YayMektebi həştəq paylaşımlarına start verilib. Belə ki, təhsil müəssisələri, şagird və müəllimlər qeyd edilən həştəqlə "Yay məktəbi" ilə bağlı foto ve videogörüntüləri sosial şəbəkələrdə paylaşırlar.

Xəbər lenti