Logo

BMU yeni teledərsləri təqdim edir

21.10.2020 01:26 498 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) ötən həftə start verdiyi “Teledərs” layihəsi davam edir. Universitetin saytında yaradılan “Teledərs” bölməsinə (https://beu.edu.az/az/page/teleders-190/) bu həftə yeni dərslər yerləşdirilib. Bölməyə Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi ixtisasları üzrə 5 laboratoriya, Maliyyə ixtisası üzrə isə 1 dərs əlavə olunub.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd mövcud pandemiya şəraitində tədrisə marağın azalmaması, tədrisi onlayn formada çətinlik törədən bir sıra fənlərin əlçatanlığının təmin olunmasıdır. Teledərslər vasitəsilə tələbələr praktik-təcrübi laboratoriya işlərini daha rahat və istənilən zaman izləyə, həmçinin dil bacarıqları təkmilləşdirə bilərlər.

 

BMU TV-nin çəkdiyi dərslər əsasən ingilis dilindədir. Teledərslərdən təkcə BMU-da ingilis dilində tədris alan tələbələr deyil, həmçinin eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də yararlana bilərlər.

Xəbər lenti