Logo

ADAU-da Elmi Şuranın növbəti iclası keçirilib

17.06.2021 12:37 126 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) Elmi Şurasının növbəti iclası keçirilib.


Universitetin Tədris-təcrübə təsərrüfatında pandemiyanın tələblərinə əməl olunmaqla açıq havada keçirilən iclasda imtahan sessiyasının gedişi, “Azərbaycan Dövlət Aqrar Universitetinin 2021-2025-ci illər üzrə İnkişaf Strategiyası”nın icrasına dair 2021-ci il üzrə fəaliyyət planı, təhsildə keyfiyyət təminatı sisteminin müasir tələblər səviyyəsində qurulması və digər məsələlər müzakirə olunub.


Şuranın sədri, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Strategiyanın icrasına dair tədbirlər planında nəzərdə tutulan məsələlərin icrasının monitorinqinin həyata keçirilməsi, institusional və proqramların akkreditasiya qaydalarının müasir tələblərə uyğun olaraq qarşıda duran vəzifələr barədə danışıb.


Elmi Şurada, həmçinin universitetin 3 əməkdaşına dosent elmi adının verilməsi üçün gizli səsvermə keçirilib. May ayının 15-i Universitet Günü kimi qəbul edilib. Şura üzvləri müzakirə olunan məsələlər barədə fikir və təkliflərini bildiriblər.

Xəbər lenti