Logo

BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

17.06.2021 14:05 89 baxış
IMG

Bakı Dövlət Universitetində iyunun 7-dən başlayan yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada uğurla davam edir.

 

Universitet rəhbərliyi, dekanlar, kafedra müdirləri imtahan prosesinə nəzarət məqsədilə imtahanlarda iştirak edir.

 

Sevindirici haldır ki, bu günə qədər onlayn formada keçirilən imtahanlarda iştirak edən tələbələrin əksəriyyəti müvəffəq qiymət alıblar.

 

Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apellyasiya Komissiyası onlayn fəaliyyət göstərir.

 

Əlavə olaraq bildirirk ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyən tələbələr [email protected] elektron poçt ünvanı və yaxud (+99477) 3046543 nömrəli qaynar xətt vasitəsilə əlaqə saxlaya  bilərlər.

Xəbər lenti