Logo

MDU "Əsgərə məktub" layihəsinə qoşulub

21.10.2020 01:32 581 baxış
IMG

Mingəçevir Dövlət Universiteti, Gənclər və İdman İdarəsi, Gənclər evi rəhbərliyi Mingəçevir “Asan xidmət”mərkəzinin “Əsgərə məktub” layihəsinə qoşulub.
Tehsil.biz xəbər verir ki, qurum əməkdaşlarının böyük həvəslə yazıb əsgərlərə ünvanladığı məktublarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs edilib. Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarda çatdırırlar. Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.
Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bizə müsahibəsində bildirdi ki, "Asan xidmət"in “Əsgərə Məktub “layihəsinə qoşulmaq hər bir Azərbaycan vətəndaşı kimi mənə də qismət oldu və mən bununla qürur duyuram, şərəf duyuram:
"Məlum olduğu kimi bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgəri müstəqil Azərbaycanın şanlı tarixini yazır. 30 ilə yaxın müddətində həsrətində olduğumuz qələbəni hər birimiz məhz Azərbaycan əsgərinin sayəsində dadırıq və bu qələbə hissinin nə olduğunu hər bir azərbaycanlı hiss edir. Bu məktubu yazarkən prezidentimizdən növbəti şad xəbəri Zəngilanın işğaldan azad olunduğunu eşitdim və məktubu yazdığım əsgər qardaşıma öz təşəkkürümü bildirdim ki, sənin bu xöş xəbərini eşitdim və sənə öz təşəkkürümüzü məktublarımız vasitəsi ilə çatdırırıq. Biz inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız düşmənlərdən azad olunacaq və əminik ki, qələbələr davamlı olacaq. MDU kollektivi, tələbələr və öz adımdan “Asan xidmət”ə təşəkkürümüzü bildirirəm”.
Layihəyə qoşulan digər əməkdaşlar bildirib ki, Silahlı Qüvvələrimizin son günlər baş verən hadisələrin timsalında göstərdiyi cəsarətli və inamlı duruşu hər birimizin qürur mənbəyi olmuşdur.
Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar yazılmaqda davam edib.

Xəbər lenti