2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.
Həmçinin, 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunda 106 580 nəfər uşaq təhsilə cəlb edilib.