Logo

İkili diplom proqramları

17.06.2021 14:55 562 baxış
IMG

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 3 beynəlxalq ikili diplom proqramı təsis olunub və həyata keçirilməkdədir. 

 

2020 – 2021-ci tədris ili üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalı inkişafı” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, Cənubi Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı həyata keçirilib. Hazırda növbəti tədris ili üçün BMU – İnha ikili diplom proqramına mühəndislik ixtisasları üzrə qəbula start verilib, ADA-CVU və ADPU –CVU ikili diplom proqramlarında qəbul yekunlaşıb.

Xəbər lenti