Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə video konfrans keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, videokonfransda universitetin rektoru professor Ajay Kumar Singh, idaraetmə fakültəsinin dekanı professor Ş. Subbarao, doktor B.R. Şarma və universitetin müxtəlif fakültələrindən tələbələr iştirak ediblər. Universitetin rektoru professor Ajay Kumar Singh tədbirin açılış nitqi ilə cıxış edərək Azərbaycan Müstəqillik Günü münasibətilə təbrik ünvanlandırıb və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Şri Şri Universitetinin əməkdaşlığının vacibliyini vurğulayıb.
Sonra Şri Şri Universitetində Azərbaycan mültikulturalizmi fənnini tədris edən Kənan Məmmədov tərəfindən universitetin rəhbərliyinə və tələbələrinə 27 sentyabr 2020-ci il tarixindən ölkəmizdə davam edən müharibə, işğal olnmuş torpağlarımız və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Şri Şri Universitetində Azərbaycan mültikulturalizmi fənni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında tədris olunur.