Logo

SABAH qruplarının bakalavr səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur

17.06.2021 16:00 424 baxış
IMG

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

 

SABAH qruplarının bakalavr səviyyəsinə tələbə seçimi müsabiqəsi qaydalarının 7.3 bəndinə əsasən namizədlərin qiymətləndirilməsi həm də ali təhsil müəssisələrinə qəbul balı əsasında aparıldığından yalnız  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilər.

 

Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır.Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur.yalnız  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilər.

 

2021/2022-ci tədris ili üçün "SABAH qruplarına tləbələrin seçimi Qaydaları" ilə tanış  olmağınız tövsiyə olunur.Hazırki ali təhsil müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyən olunmuş son qeydiyyat tarixi haqqında məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz. 

 

Qeydiyyat üçün aşağıda görstərilmiş "Elektron ərizəyə" keçid etməyiniz tələb olunur.

 

S/S  TƏHSIL ALDIĞINIZ ALI TƏHSIL MÜƏSSISƏSI      SON QEYDIYYAT TARIXI   

1

Azərbaycan Dövlət İqtisad Universiteti 30 iyun
2

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

30 iyun
3

Azərbaycan Dövlət Pedaqoji Universiteti

30 iyun
4

Azərbaycan Rəssamlıq Akademiyası

30 iyun
5 Azərbaycan Memarlıq və İnşaat Universiteti

30 iyun

6

Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti

30 iyun
7

Azərbaycan Texniki Universiteti

30 iyun
8

Bakı Dövlət Universiteti

30 iyun
9

Bakı Musiqi Akademiyası

30 iyun

10

Bakı Mühəndislik Universiteti 30 iyun

11

Azərbaycan Dövlət Pedaqoji Universiteti filialları (Şəki, Ağcabədi, Cəlilabad, Quba, Şamaxı) 30 iyun
12

Azərbaycan Dillər Universiteti

30 iyun

13

Azərbaycan Dövlət İqtisad Universiteti filialı (Zaqatala) 30 iyun
14

Bakı Dövlət Universiteti filialı (Qazax)

30 iyun
15

Bakı Slavyan Universiteti

29 iyun
16

Sumqayıt Dövlət Universiteti

29 iyun
17

Lənkəran Dövlət Universiteti

29 iyun
18

Gəncə Dövlət Universiteti

29 iyun
19

Azərbaycan Texnologiya Universiteti

29 iyun
20

Mingəçevir Dövlət Universiteti

29 iyun
21

Naxçıvan Dövlət Universiteti

29 iyun
22

Naxçıvan Müəllimlər İnstitutu

29 iyun
23

Azərbaycan Milli Konservatoriyası

29 iyun

 

ELEKTRON_ƏRİZƏYƏ_KEÇ

Xəbər lenti