Logo

ADA Universiteti beynəlxalq konfrans təşkil edib

17.06.2021 19:48 398 baxış
IMG

ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində iki gün davam edən beynəlxalq konfrans təşkil edib.

 

Universitetdən bildirilib ki, “Brüssel, Bakı, Pekin: Aİ, Birləşmiş Krallıq və Çinin Avrasiya ilə əlaqələrin genişləndirilməsində əməkdaşlıq təşəbbüsləri və Azərbaycanın rolu” mövzusunda keçirilən konfrans 16-17 iyun tarixlərində baş tutub.

 

Yüksək ixtisaslı mütəxəssisləri, akademik və diplomatik sferada fəaliyyət göstərən yerli və xarici peşəkarları, beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirən tədbirdə regional güclərin müəyyənləşdirdiyi strateji prioritetlər və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək əsas vasitələr barədə müzakirələr aparılıb.

 

Tədbirin ilk günü ADA, Kent və Kembric Universitetlərinin nümayəndələri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri iştirakçıları salamlayıblar.

 

Plenar sessiyalarda Bakı Dəniz Limanının baş direktoru, "TRACECA" Hökumətlərarası Komissiyasının milli katibi, İngiltərə Parlementinin deputatı, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri, eləcə də Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Energetika Nazirliklərimizin rəsmiləri, habelə Dövlət Neft Fondunun yüksək səlahiyyətli şəxsləri çıxış ediblər.

 

Ekspertlər bildiriblər ki, regional əməkdaşlıq sosial rifahı və iqtisadi inkişafı təmin etməklə yanaşı, region üzrə yeni iş imkanlarının meydana gəlməsini sürətləndirir. Qeyd edilib ki, Azərbaycan Avropa və Asiya arasında genişlənən əlaqələrin əsas aktorlarındadır.

 

Tədbir ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadənin yekun nitqi ilə başa çatıb.

Xəbər lenti