Logo

ADPU-nun Quba filialının direktoru Şuşa Bəyannaməsi haqqında müsahibə verib

17.06.2021 23:38 688 baxış
IMG

ADPU-nun Quba filialının direktoru dosent Y.İ.Alıyev Şuşa Bəyannaməsi haqqında müsahibə verib.

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. 

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir".

https://youtu.be/YwXKnKS9uAk

Xəbər lenti