Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində qonaq olub.
Tehsil.biz xəbər verir ki, verilişdə təhsil naziri ilə 2020-2021-ci tədris ilinin əsas məqamları, Təhsil Tələbə Kredit Fondunun mahiyyəti, ali təhsil sahəsi üzrə icra edilən ikili diplom proqramlarının töhfəsi, müəllimlərin işə qəbulu və hər kəsi maraqlandıran digər suallar ətrafında söhbət aparılıb.