Logo

“Erməni faşizminin və vandalizminin mürtəce mahiyyəti”

18.06.2021 10:48 358 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Erməni faşizminin və vandalizminin mürtəce mahiyyəti” mövzusunda elmi seminar keçirilib.

 

Ərəb filologiyası fakültəsinin nəzdində fəaliyyət göstərən İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin müdiri, professor Əsədulla Qurbanov erməni faşistlərinin Qarabağın incisi, mədəniyyət paytaxtı Şuşada törətdikləri vəhşilikləri dini konteksdə izah edib. Erməni vandalizminin İslam mədəniyyətinə zərəri ilə yanaşı, xristian mədəniyyətinə qarşı olan zərərindən, ermənilərin “İncil”in yandırılması ilə öz dəyərlərinə də zərər vurmaları faktını nəzərə çatdırıb. Ermənilərin dini abidələrimizə və dini dəyərlərimizə vurduğu ciddi zərərlərdən bəhs edib. Dini qaynaqlarda və milli-mənəvi dəyərlərimizdə şəhidlik anlayışını izah edib, Azərbaycan oğullarının tarixi torpaqlarımızı erməni vandalizmindən xilas etmək yolunda şəhidlik zirvəsinə yüksəlməsindən söz açıb.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Xəbər lenti