Logo

BANM-də MBA üzrə yeni ixtisaslar yaradılıb

18.06.2021 11:21 562 baxış
IMG

2021/2022-ci tədris ili üçün Bakı Ali Neft Məktəbində (BANM) magistratura pilləsi üzrə Maliyyə, Menecment və Layihələrin idarəedilməsi üzrə Biznesin təşkili və idarəedilməsi ixtisaslarına da qəbul həyata keçiriləcək.

 

BANM-dən "Tehsil.biz"ə verilən məlumataa görə, hər bir ixtisas üzrə 25 nəfər qəbul planlaşdırılıb.

 

Beləliklə, 2021/2022-ci tədris ilindən etibarən BANM-də 4 sahə üzrə MBA proqramında tədris həyata keçiriləcək.

 

Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)

 

Biznesin təşkili və idarə edilməsi (maliyyə)

 

Biznesin təşkili və idarə edilməsi (menecment)

 

Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması)

 

Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 (beş min) manat məbləğindədir.

 

Bakı Ali Neft Məktəbində innovativ, yenilikləri dəstəkləyən və olduqca çevik MBA proqramı üzrə tədris həyata keçirilir. Ali Məktəb tərəfindən hazırlanan proqram biznes mühitində tələb olunan müasir çağırışlar və trendlərə tam cavab verir.

 

Bu proqramda tələbələr menecmentin və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər.

 

MBA proqramını tədris edən müəllimlər SOCAR və digər bu kimi iri transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxsləridir.

 

Eyni zamanda, proqramı seçənlər ingilis dilində tədris olunan qlobal “Master of Business Adminstration” dərəcəsinə tam yiyələnirlər. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir.

 

Bakı Ali Neft Məktəbinin MBA proqramına müraciət edənlərin əksəriyyətinin müxtəlif sahələrdə çalışdıqlarını nəzərə alaraq, dərslər həftəiçi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir.

 

Kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər.

 

BANM-in MBA proqramı həm də genişləndirilmiş iş imkanları vəd edir.

 

Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

Xəbər lenti