Logo

Təhsil Tələbə Kredit Fondu hansı tələbələr üçün nəzərdə tutulub? - AÇIQLAMA

18.06.2021 11:46 426 baxış
IMG

“Təhsil Tələbə Kredit Fondu Azərbaycandakı universitetlər üçün nəzərdə tutulub, xaricdə təhsil alanlar üçün yox”.

 

Tehsil.biz-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib.

 

O bildirib ki, tələbə təhsil haqqı ödəyə bilməyəndə bu universitet üçün də problem olur:

 

“Amma təhsil krediti universitet üçün 70-80 faiz maliyyə dayanıqlığı deməkdir. Bu kredit istehlak kreditlərindən fərqli olacaq, orada faiz iki rəqəmli olur, amma burada faiz dərəcəsi sıfıra yaxın, yəni çox az olacaq. Amma bu, vətəndaşı məsuliyyətdən azad etmir, bu kredit aləti ilə vətəndaş həyatının növbəti mərhələlərində məsuliyyətli olmalıdır. Tələbə krediti qarşılıqlı inam və tələbə dövründən sosial məsuliyyəti dərk etməyə kömək edəcək, burada 20 illik müddətdən söhbət gedir”.

Xəbər lenti