Logo

Tələbələrə təhsil krediti hansı faizlə və müddətə veriləcək?

18.06.2021 11:56 388 baxış
IMG

Təhsil Tələbə Kredit Fondunun faizləri simvolik olacaq.

 

Tehsil.biz-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

 

Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən krebditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə 1-2 faiz olacaq.

 

O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq:

 

“Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi daha çox insanın, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin"

 

Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən krebditlər uzun müddətli olacaq.

 

Nazir bildirib ki, kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq uzun müddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək.

 

Trend

Xəbər lenti