Logo

E.Əmrullayev: "Qiymətləri yüksək olan tələbələrə kreditlərin daha əvvəl verilməsi nəzərə alınacaq"

18.06.2021 12:00 361 baxış
IMG

"Prezidentin sərəncamı ilə dövlət hesabına təhsil alan tələbələrin 50 faizə çatdırılması planlaşdırılır".

 

Tehsil.biz xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, ödənişli təhsil alan və həssas sosial qrupa aid olan şəxslərin sayı 15 minə qədərdir:

 

"Bu qrupun sayı dəyişə bilər. Həssas sosial qrupa aid olmayan tələbələrin sayı ümumi tələbə kontingentinin 30-35 faizini təşkil edir. Biz rəqabətliliyi nəzərə almaqla, qiymətləri yüksək olan tələbələrə kreditlərin daha əvvəl verilməsini nəzərə alacağıq" .

 

Nazir bildirib ki, orta ixtisas, bakalavr və magistr tələblərinə təhsil kreditləri veriləcək:

 

"Bu kreditlər dünyanın hər yerində var və sosial xarakter daşıyır. Vətəndaşların qarşılıqlı əməkdaşlıq və məsuliyyətli şəkildə məsələyə yanaşması olduqca vacibdir. Çalışmalıyıq ki, belə imkanlar tələbə kontingentini daha irəli aparsın".

 

E.Əmrullayev kreditin məbləğini Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyini qeyd edib:

 

"Məbləğ təhsil haqqının yarısı və ya sosial qrupda 100 faizi qədər ola bilər. Tələbənin özünün maliyyə qərarına görə kreditlər ona ödəniləcək".

Xəbər lenti