Logo

Paytaxt məktəbliləri arasında təşkil olunan intellektual müsabiqənin II mərhələsi keçirilib

18.06.2021 12:48 546 baxış
IMG

Paytaxt məktəbliləri arasında təşkil olunan "Nizami dünyası” adlı intellektual müsabiqənin II (rayon) mərhələsi keçirilib.

 

BŞTİ-dən Tehsil.biz-ə bildirilib ki, müsabiqənin rayon mərhələsi “Kiçik Akademiya”  üzrə mərkəz  olaraq  müəyyən  edilən məktəblərin  dəstəyi ilə təşkil olunub.

 

Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə http://ils.edu.az/ elektron portalında onlayn qaydada keçirilib. Müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərinin IX-XI  sinif şagirdləri iştirak edib.

 

Rayon mərhələsinin nəticələrinə əsasən, hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.

 

Qaliblərə BŞTİtərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi  və  mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək,  şagirdlərə dahi Nizami Gəncəvi irsinin öyrədilməsi və tanıdılması, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Xəbər lenti