Logo

Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə

24.09.2020 15:31 748 baxış

MDU Sənəd Qəbulu Komissiyası 2020/2021 (Sənəd qəbulu 25 sentyabr – 07 oktyabr tarixədək aparılacaq)

Əziz abituriyentlər!

2020/2021-ci tədris ili üzrə Mingəçevir Dövlət Universitetinə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı online formada aparılacaq. Abituriyentlər aşağıda qeyd olunan sənədləri qeydiyyat üçün təqdim etməlidirlər.

Qeydiyyat zamanı abituriyentlərdən tələb olunan sənədlər:

1. 3×4 ölçüdə rəngli fotoşəkil (pdf, jpg);

2. Abituriyentlərin şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti (notarial qaydada təsdiq edilmiş);

3. Sağlamlıq haqqında tibbi arayışın skan edilmiş sürəti (Forma № 86);

4. Təhsil haqqında sənədin – attestat və ya diplomun əslinin skan edilmiş sürəti;

5. İş nömrəsi, parol, şəxsiyyət vəsiqəsinin FİN kodu;

6. Qəbul haqqında DİM səhifəsindən çıxarış;

7. Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzinin skan edilmiş sürəti;

8. Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin skan edilmiş surəti (oğlanlar üçün).

Təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək abituriyentlərdən tələb olunan əlavə sənədlər:

1. Məcburi köçkünlər:

– Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

2. Şəhid ailəsi statusunu almış ailənin üzvləri:

– Valideynin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

– 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

– Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:

– Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

– Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş digər valideyni isə I və II qrup əlil olanlar:

– Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

– Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

– Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

QEYD: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

5. Sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər, I və II qrup əlillər:

– Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.

Sənədlər onlayn qaydada [email protected] elektron ünvanına göndərilir.

QEYD: Sənədlər elektron ünvana göndərilərkən mobil telefon nömrəsinin qeyd olunması tövsiyyə olunur.

Sənəd qəbuluna dair yarana biləcək suallarla bağlı müvafiq ixtisaslar üzrə aşağıdakı şəxslərlə əlaqə saxlamaq olar:

Nizami Zeynalov Pedaqoji fakültənin dekanı (050) 347-74-72 [email protected]

Flora Namazova Pedaqoji fakültənin dekan müavini (051) 854-95-55 [email protected]

Nüşabə Qədimli İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı (050) 716-25-35 [email protected]

Nazim Niftəliyev İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini (050) 359-52-25 [email protected]

Almaz Əliyeva Mühəndislik fakültəsinin dekan əvəzi (050) 346-90-14 [email protected]

Səbuhi Qəhrəmanov Mühəndislik fakültəsinin dekan müavini (055) 998-66-88 [email protected]

Üzeyir Zeynalov Tədris şöbəsinin müdir müavini (055) 916-12-81 [email protected]

Elnur Xəlilov İnformasiya texnologiyaları mərkəzinin direktoru (055) 440-37-69 [email protected]

Xəbər lenti