Logo

“Nəsimi poeziyasında insan himni” kollektiv monoqrafiyası çapdan çıxıb

18.06.2021 17:06 363 baxış
IMG

İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Moskvada “Nəsimi poeziyasında insan himni (Şərq və Qərbin mənəvi və mədəni dəyərlərinin sintezi)” mövzusunda keçirilmiş konfransın materialları kitab şəklində çap olunub. Monoqrafiyada AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli ilə yanaşı, institutun digər əməkdaşlarının da məqalələri yer alıb.

 

Bu barədə Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, həmin məqalələrin müəllifləri Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Fəridə Əzizova, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İmamverdi Həmidov, institutun direktor müavini Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur.

 

Kollektiv monoqrafiyada Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Polşa, İngiltərə, Avstriya, Finlandiya alimlərinin də Nəsimi haqqında tədqiqatları yer alıb.

Xəbər lenti