Logo

"Daha çox kredit, daha çox ödəniş, qazanan isə təhsil müəssisəsi..." - Təhsilhaqqı arta bilərmi?

18.06.2021 17:23 670 baxış
IMG

"Düşünürəm ki, universitetlər illik təhsilhaqlarının qaldırılmasına maraqlı olacaqlar".

 

Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib:

 

 

Ekspert bildirib ki, təhsil krediti illik təhsilhaqqına görə dəyişir.

 

"Bildiyimiz kimi, tələbənin təhsilhaqqını dövlət universitetə ödəyəcək, tələbə isə müəyyən vaxt çərçivəsində həmin krediti geri ödəməli olacaq. Burada isə universitet dövlət hesabından daha çox ödəniş edilməsi üçün təhsil haqqını artırmaqda maraqlı olacaq. Çünki belə olan halda təhsil müəssisəsinə daha çox vəsait ayrılacaq, həmin vəsaiti isə tələbə ödəyəcək".  

 

Elçin Əfəndi artıq indidən bu barədə narahatlıq hissi keçirdiyini dilə gətirib:

 

"Əgər ali təhsil müəssisələrində təhsilhaqlarını artırılsa, bu, böyük sıxıntılara səbəb olacaq. Belə ki, ödənişlər qalxdığı təqdirdə dövlət daha çox kredit ayıracaq, tələbə daha çox ödəniş edəcək, qazanan isə təhsil müəssisəsi olacaq".

 

Fəqan Əzimli

Xəbər lenti