Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “PAŞA Holding” MMC əməkdaşlıq memorandumu imzalayıb

19.06.2021 10:43 393 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “PAŞA Holding” MMC arasında sosial cəhətdən həssas qruplardan olan qadınların işsizlik problemlərinin həllinə dəstək olmaq məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.


TKTA-dan bildirilib ki, memorandum çərçivəsində agentliyin təşkilatçılığı və “PAŞA Holding” MMC-nin dəstəyi ilə 16 ərizəçi qənnadıçı-şirniyyatçı peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması məqsədilə həyata keçirilən qiymətləndirmə prosesinə cəlb olunub.
Bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsindən uğurla keçmiş ərizəçilər dövlət nümunəli təhsil sənədi əldə edəcək. Prosesin sonunda əldə edilən təhsil sənədi, həmin ərizəçilərin ömürboyu təhsildə iştirakının stimullaşdırılmasında, əmək bazarında özlərini reallaşdırmasında və beləcə cəmiyyətə daha tez inteqrasiyasında rol oynayacaq.

 

 

Xəbər lenti