Logo

Kolleclərə qəbul olmaq üçün 18 mindən artıq abituriyent ərizəsini təsdiqlədib

19.06.2021 11:11 548 baxış
IMG

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.


Mərkəzdən  bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyunun 29-dək internet vasitəsilə aparılır. Bu gün saat 10:40-a olan məlumata görə, 18 min 339 abituriyent (Azərbaycan bölməsi - 17871; rus bölməsi - 468) ərizəsini təsdiqlədib.


Qeyd edək ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parol əsasında DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesablarına əlavə edirlər. Həmin məbləğ ərizə təsdiq olunduqda müvafiq hesabdan çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən ona təqdim olunur.

Xəbər lenti