Logo

ADMİU tələbələri “Ananın öyüdü” əsasında videoçarx hazırlayıb

21.10.2020 15:34 692 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri  vətənpərvərlik mövzusunda  yaradıcılıq işlərini davam etdiriblər.

 

Universitetdən Tehsil.biz-ə bildirilib ki, universitetin teatr sənəti fakültəsinin III kurs  tələbələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda ordumuzun qazandığı uğurlardan ilhamlanaraq   yeni videoçarx hazırlayıblar. Videoçarxda tələbələr Xalq şairi Səməd Vurğunun “Ananın öyüdü” şeirini ifa ediblər.

 

Videoçarx ADMİU-nun saytında da yerləşdirilib.

Xəbər lenti