Logo

Qələbəni öz yaradıcılıqlarında yaşadan istedadlı şagirdlər

21.10.2020 16:15 603 baxış
IMG

Azərbaycan təhsil sisteminin gözəl cəhətlərindən biri də odur ki, şagirdlərə bilik verməklə yanaşı, onları həm də  vətənpərvər ruhda  yetişdirir. Ölkəmiz hazırda erməni işğalı altında olan torpaqlarını azad etmək uğrunda mübarizə aparır; hamı bu mübarizəyə müxtəlif formalarda səfərbər olur, istedadlı məktəblilərimizsə öz yaradıcı işləri ilə  mətin, iradəli, qəhrəman əsgərlərimizə mənəvi dəstək göstərirlər. Onlardan bir neçəsini tanıyaq.  

 

Ayaz Nəcəfli paytaxtdakı 220 nömrəli  məktəb-liseyin  şagirdi, beynəlxalq müsabiqələr qalibi, 3 nömrəli  Uşaq Gənclər Mərkəzinin “Palitra”  rəsm” dərnəyinin  fəal üzvüdür.  Rəsmlərinə həyəcansız baxmaq olmur.  General  Polad Həşimovun  göstərdiyi şücaəti  çəkdiyi portretdə təsvir edib. “Sülh istəyirik”, “Qarabağ Azərbaycandır!”, “Qələbə sorağı ilə” rəsmlərində isə Azərbaycan əsgərlərinin qəhrəmanlıqları göstərilib. Ayaz mərkəzdə keçirilən  “Əziz əsgər” aksiyasına  da qoşulub. Bu gün cəbhə bölgəsindən aldığımız qürurverici xəbərlər  onu daha yaxşı oxumağa, əsərlər yaratmağa  sövq edir.

 

 

 

Cəmilə Məmmədli  290  nömrəli məktəbin  şagirdi,  mərkəzin vokal dərnəyinin üzvüdür. “İgidlər yurdu Azərbaycan”, “Torpağın səsi”, “Mən fəxr edirəm ki,  Azərbaycanlıyam” və sair mahnıları hazırladığını deyir. Şuşada konsert verəcəyini arzulayır. Səbirsizliklə torpaqlarımızın  azğın düşmənlərdən azad olunacağı istəyi ilə  yaşayır.Əsgərlərimizlə qürur duyur, onlara qələbə arzulayır.

 

Cavid Haqverdiyev  74 nömrəli məktəbin şagirdi,  beynəlxalq müsabiqələr qalibi, mərkəzin vokal mahnı teatrının üzvüdür.  Əsgərlərimizin qələbələrini alqışlayır və torpaqlarımızın işğaldan qurtarılmasını böyük ruh yüksəkliyi ilə qarşılayır.  Dediyinə görə, bəstəkar  Aygün  Səmədzadə ilə “ Azərbaycan” mahnısı üzərində işləyir.

Xəbər lenti