Logo

Azərbaycanda növbəti intihar: 14 yaşlı məktəbli özünü asdı

20.06.2021 15:13 805 baxış
IMG

Qəbələdə intihar hadisəsi baş verib.

 

Tehsil.biz-in "Report"un Şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.

 

Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti