Logo

Sabirabadda məzunların məclisində dəhşət: 17 yaşlı qız bıçaqlanıb

21.06.2021 09:34 686 baxış
IMG

Sabirabadda məzun olan qız bıçaqlanıb.

 

"Tehsil.biz"in məlumatına görə, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

 

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Apa.az

Xəbər lenti