Logo

Nigeriyada şagirdlərin qaçırılması səbəbindən 7 məktəb bağlanıb

21.06.2021 09:48 526 baxış
IMG

Nigeriyanın şimal-qərbindəki Kebbi ştatında silahlı şəxslərin təhsil müəssisələrinə hücumlarının davam etməsi fonunda azı 7 məktəb bağlanıb.

 

Tehsil.biz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Today” qəzeti Nigeriya Müəllimlər Birliyinə istinadən məlumat yayıb.

 

Bundan əvvəl yerli media Kebbi ştatında silahlı quldurlar tərəfindən azı 30 şagird qızın və üç kollec müəlliminin qaçırılması barədə xəbər yaymışdı. Nigeriya ordusu hələlik beş şagirdi və iki müəllimi azad etməyi bacarıb. May ayının sonlarında silahlı şəxslər Nigeriyanın Niger ştatında təxminən 200 məktəblini qaçırmış, bir nəfəri isə öldürmüşdülər.

 

“Hökumət məktəblərimizlə bağlı istənilən addım atmağımıza imkan verən, o cümlədən təhlükəli olduğunu düşündüyümüz və meşələrə yaxın olduğuna görə hücum riski altında qalan məktəblərin bağlanması kimi hər hansı tədbir görməyimizə şərait yaradan fərman imzalayıb”, - deyə Nigeriya Müəllimlər Birliyinin sədri Alhaci İsaha Arziki bildirib.

 

Onun sözlərinə görə, “qabaqlayıcı tədbir” olaraq bağlanan yeddi məktəb quldurların hücumları üçün həssas bölgələrdə yerləşir.

 

Apa.az

Xəbər lenti