Logo

İspaniya Krallığının Valladolid Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir

22.10.2020 11:14 451 baxış
IMG

Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universiteti tələbə-müəllim mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başlayır.

 

Qeyd etmək lazımdır ki, Mingəçevir Dövlət Universiteti İspaniya Krallığının Valladolid Universiteti ilə “Erasmus+” proqramı çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə ikili saziş bağlamışdır.

 

Proqram çərçivəsində 2020/2021-ci tədris ilində ali təhsilin bütün səviyyələri üzrə (bakalavr, magistratura və doktorantura) tələbə mübadiləsi həyata keçiriləcəkdir. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər “Erasmus+” təqaüdü hesabına ödəniləcəkdir. “Erasmus+” proqramı çərçivəsində təhsil müddəti bir və ya iki semesterdir.

 

Proqramda iştirak etmək istəyən tələbələr aşağıdakı tələblərə cavab verməlidir:

 

– I, II, III kurs tələbəsi olmaq (bakalavr), ÜOMG minumum 75 bal;

 

– Magistrantlar üçün ÜOMG minumum 80 bal;

 

– İngilis və ya ispan dili üzrə bilik səviyyəsi minumum B2 olmalıdır.

 

Həmçinin, proqram çərçivəsində Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyət üzvləri 5 gün müddətində Valladolid Universitetində təlimlərdə və pedoqoji fəaliyyətlərdə iştirak edə bilərlər. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Proqramda iştirak etmək istəyən əməkdaşlar ingilis və ya ispan dillərini C1 səviyyəsində bilməsi tələb olunur.

Təqaüd üçün aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. https://uvamobplus.uva.es/publico/inicio

 

Tələb olunan sənədlər: https://uvamobplus.uva.es/files/61356/31/CALL_2_EN.pdf” (tələbələr üçün) https://uvamobplus.uva.es/files/61356/CALL_INCOMING_2021_EN.pdf https://uvamobplus.uva.es/files/61356/Sellado_Correccin_Errores_1.pdf

 

Son müraciət tarixi: 30.10.2020 Ətraflı məlumat üçün MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinə ([email protected]) müraciət etmək olar.

Xəbər lenti