Logo

Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22.10.2020 14:50 895 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) hər il təşkil etdiyi xeyriyyə auksionunun beşincisini bu dəfə ordumuza həsr edəcək. ADMİU-nun Rəssamlıq fakültəsinin professor-müəllim heyətinin yaradıcılıq əsərlərindən ibarət “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək.

 

Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib. Bildirilib ki, auksiondan əldə olunan gəlir Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediləcək.

 

“Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu oktyabrın 24-də universitetin əsas binasında təşkil olunacaq.

Xəbər lenti