Logo

BDU tələbələri Zəfər Forumunda iştirak edib

21.06.2021 16:14 642 baxış
IMG

2021-ci il 16 iyun tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin “Zəfər Forumu” keçiriib. Forumda Bakı Dövlət Universitetində təhsil alan türkiyəli tələbələr də iştirak ediblər.

 

Tehsil.biz xəbər verir ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Erdem Cem Burak Azərbaycanda təhsil alan türk tələbələri adından çıxış edərək, iki ölkənin qardaşlıq münasibətlərinin tarixindən və Qarabağ zəfərinin sevincindən bəhs edib.

 

Forumda hər iki ölkənin gəncləri adından ikitərəfli münasibətlərin yüksək şəkildə inkişaf etdirilməsinə görə iki ölkənin dövlət başçılarına təşəkkür edilmiş, Azərbaycan-Türkiyə gəncləri tərəfindən Qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda perspektivlər və müasir çağırışlara cavab verən işlərin ortaya qoyulmasının vacibliyi qeyd olunub.

 

Sonda 44 günlük Vətən müharibəsinin qazi iştirakçıları ilə xatirə fotosu çəkilib.

Xəbər lenti