Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi, Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) BANM bölməsinin sabiq sədri Ramil Əmirli “SEG / Chevron # Tələbə Liderlik Simpoziumu”nda və “SEG 2021 İllik Toplantısı”nda iştirak etmək üçün seçilib.
İllik Toplantı 26 sentyabr - 1 oktyabr 2021 tarixləri arasında baş tutacaq.
Liderlik Simpoziumu hər il ABŞ-da təşkil olunur.
Tələbə bölmələrini və ölkələrini təmsil etmək üçün dünya üzrə yalnız 50 tələbə bu tədbirdə iştirak etmək üçün namizəd kimi seçilib.
Bu il tədbir pandemiya ilə əlaqədar onlayn qaydada keçiriləcək.
Ramil Əmirlini bu nailiyyətinə görə təbrik edir, ölkəmizin və Ali Məktəbimizin Simpoziumda uğurla təmsil olunmasında ona uğurlar arzulayırıq.