Qazaxıstan məktəbliləri ikinci rübdə onlayn təhsil almağa davam edə bilərlər.
Tehsil.biz xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət komitəsinin sədri Ayjan Yesmaqambetova deyib.
Hələlik ölkədə epidemioloji vəziyyəti nəzərə alaraq təhsilin onlayn rejimdə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Qazaxıstanda tədris ilinin əvvəlindən koronavirus xəstəliyinə 250 məktəbli yoluxub ki, onlardan 105-i növbətçi siniflərdə təhsil alır.