İyunun 7-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Tehsil.biz xəbər verir ki, sessiya 02 iyul 2021-ci il tarixinə qədər gün ərzində 2 növbədə onlayn (məsafədən) davam edəcək.
Bu gün 339 qrup üzrə 6995 tələbə (314 nəfər SABAH qrupu olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 499 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.
Qeyd edək ki, İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.