Logo

BDU-nun 7 məzunu ikili diplom üzrə magistr adını qazanıb

22.10.2020 19:19 540 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əsas prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu çərçivədə ikili diplom proqramı üzrə Hüquq fakültəsinin 7 məzunu Əl-Farabi adına Qazax Milli Universitetinin “Dəniz və enerji hüququ” ixtisasına qəbul olaraq magistrantı adını qazanıb. Əl-Farabi adına Qazax Milli Universitetinin 2 magistrantı isə BDU-nun Hüquq fakültəsində təhsil almaq şansı əldə edib.

 

21 sentyabr 2020-ci ildə Bakı Dövlət Universiteti və Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji” hüququ magistr ixtisaslaşmasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2020/2021-ci tədris ilində “Dəniz və enerji hüququ” ixtisaslaşmasının tədris planına uyğun olaraq fənlərin birgə tədrisi nəzərdə tutulub.

 

Xatırladaq  ki, 2013-cü ildə təsis olunan “Dəniz və enerji hüququ” ixtisaslaşmasında tədris prosesi ingilis dilində aparılır.

Xəbər lenti