Logo

ATU və Ankara Universiteti əməkdaşlığı gücləndirir

22.10.2020 19:25 531 baxış
IMG

Azərbaycan və bütün Türk dünyası üçün həssas olan bir dönəmdə qardaş Türkiyənin ən qabaqcıl universitetlərindən olan və uzun müddətdir sıx əməkdaşlıq etdiyimiz Ankara Universitetindən dəstək almaq bizi çox təsirləndirir.

 

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Ankara Universiteti ilə birlikdə keçirilən vebinarda bildirib.G.Gəraybəyli iki universitet rəhbərliyi arasında keçirilən onlayn görüşdə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən ordumuzun apardığı hərbi əməliyyatlar, işğaldan azad edilən ərazilər, xalqımızda mövcud yüksək əhval-ruhiyyə haqqında məlumat verib. Rektor həmçinin terrorçu mahiyyətini gizlətməyən Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alması, indiyədək 60-dan çox dinc sakini - qadın və uşaqları qətlə yetirməsi, yüzlərlə yaşayış binasını dağıtması barədə danışıb. Rektor Azərbaycan ordusunun apardığı haqq savaşının tezliklə tam qələbə ilə başa çatacağından əmin olduğunu qeyd edib.Rektor həmçinin qardaş Türkiyənin və eyni zamanda, Ankara Universitetinin bu haqlı mübarizəmizdə yanımızda olmasından qürur hissi keçirdiyini bildirib və bu dəstəyə görə dərin təşəkkürünü çatdırıb.Çıxışı zamanı G.Gəraybəyli tibb təhsili sahəsində Azərbaycanın ilk və ən öndə gedən təhsil ocağı olan ATU-da son illər aparılan islahatlar, tədris proqramlarının beynəlxalq standartlara və Türkiyə universitetlərinin proqramlarına uyğun olaraq dəyişdirilməsi barədə məlumat verib. Rektor Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan layihələr, iş birliyindən gözləntilər barədə də fikirlərini açıqlayıb.ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev Azərbaycan Tibb Universiteti ilə Ankara Universiteti arasında 2019-cu ildə imzalanmış akademik iş birliyi protokolunun şərtləri barədə danışıb. Qeyd edib ki, protokola müəllim və tələbələrin mübadiləsi, qısa və uzun müddətli kliniki kursların keçirilməsi və elmi araşdırmaların aparılması kimi bəndlər daxildir. O.İsayev Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsi vacib olan istiqamətlər haqqında da fikirlərini bölüşüb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı sahəsində də əməkdaşlıq aparılması vacib olduğunu vurğulayıb.Prorektor O.İsayev qeyd edib ki, hazırda ATU-da 717 Türkiyə vətəndaşı təhsil alır. Onlardan 410 nəfəri tibb ixtisası üzrə, 173 nəfəri stomatologiya, 134 nəfəri isə əczaçılıq ixtisası üzrə oxuyur. 21 nəfərin rezidentura təhsili alır.Türkiyənin Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvar Ankara Universiteti olaraq daim Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib. Qeyd edib ki, ATU ilə Ankara Universieti arasında əməkdaşlığı bir çox istiqamətlərdə möhkəmləndirmək olar. Bunlar sırasında əczaçılıq ixtisası üzrə qarşılıqlı işlər görülə biləcəyini vurğulayıb. Professor Necdet Ünüvar ATU-da tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının gələcəkdə ikili diplom məsələsinin həllinə kömək edəcəyini bildirib.Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb. Bu sırada ATU-nun Qazi Universiteti ilə əməkdaşlıq çərçivəsində tibb bacısı ixtisası üzrə kursların təşkil olunduğunu catırladıb. İndi Ankara Universiteti ilə əczaçılıq ixtisası üzrə əməkdaşlığın ortaya qoyulmasının hər iki ali məktəb üçün əlverişli olacağına inandığını bildirib.Vebinarda ATU-nun tədris hissə müdiri dosent, Samir Cavadov, əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosnet Müşfiq Orucov, Ankara universitetinin rector köməkçiləri, fakültə dekanları iştirak ediblər.Görüş iştirakçıları universitetlər arasında yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə işçi qrup yaradılmasına razılıq veriblər.

Xəbər lenti